Türkiyədə bank sektorunun mənfəəti 5 dəfə artıb | Banco.az

Türkiyədə bank sektorunun mənfəəti 5 dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə bankçılıq sektorunun mənfəəti ötən 9 ay ərzində 5 dəfə artıb.

Banco.az xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Qurumunun məlumatına görə, bank sektoru ilin ilk 9 ayında 286,2 milyard lirə mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 56,9 milyard TL hesablanmışdı.

Ümumi problemli kreditlərin ümumi nağd kreditlərə nisbəti sentyabr ayı üzrə 2,28 faiz təşkil edib ki, əvvəlki ilin eyni dövründə bu göstərici 3,54 faiz idi.

Sentyabrda kapital adekvatlığı isə 19 faiz hesablanıb. 2021-ci ilin sentyabr ayında sözügedən nisbət 17 faiz qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et