Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb | Banco.az

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) valyuta ehtiyatları yeni ilə azalma ilə başlayıb.

Banco.az xəbər verir ki, TCMB məlumatlarına görə, 6 yanvar həftəsinə olan ümumi ehtiyatlar 2,3 milyard dollar azalaraq 126,4 milyard dollar olub. Beləliklə, sentyabrın sonundan bəri ehtiyatlarda ən kəskin azalma müşahidə edilib.

Eyni dövrdə xalis ehtiyatlar isə 27,5 milyard dollardan 24,3 milyard dollara qədər azalıb.

Qeyd edək ki, TCMB-nin ümumi valyuta ehtiyatları da 3,2 milyard dollar azalaraq 79,7 milyard dollara düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et