Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları 1 milyard dollar artıb | Banco.az

Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları 1 milyard dollar artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 204 milyon ABŞ dolları, yaxud 0,2% azalaraq 86,243 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 34,786 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1 milyard ABŞ dolları, yaxud 3% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,204 milyard ABŞ dolları, yaxud 2,3% azalaraq 51,457 milyard ABŞ dolları təşkil edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et