Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 30%-ə çatdırıb | Banco.az

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 30%-ə çatdırıb

Müəllfi: Gülnar Əhmədli, Banco.az

Türkiyə Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi uçot dərəcəsini yenidən artırıb. 

Banco.az xəbər verir ki, TCMB uçot faiz dərəcəsini 25%-dən 30%-ə qaldırıb.

Qeyd edək ki, bundan əvvəlki iclasda (24 avqust) TCMB uçot dərəcəsini 17,5%-dən 25%-ə qaldırmışdı. 

Bankın məlumatında qeyd edilib ki, İdarə Heyəti inflyasiyanı mümkün qədər tez zəiflətmək, qiymət artımlarına nəzarət etmək üçün monetar sərtləşdirmə prosesini davam etdirmək qərarına gəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et