Türkiyə İraq neftini ixrac edəcək | Banco.az

Türkiyə İraq neftini ixrac edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya-Ukrayna müharibəsindən sonra Türkiyə dünyanın təbii qaz və neft resurslarına çıxışı üçün ən etibarlı təchizatçıya çevrilib.

Banco.az xəbər verir ki, İraqdan Türkiyəyə qədər uzanan magistral və dəmiryolunu, bu çərçivədə tikiləcək limanları və şəhərləri əhatə edən İnkişaf Yolu Layihəsi bu ölkə üçün iqtisadiyyatın əsası hesab edilir.

Layihənin ilk mərhələsi olan Böyük Fav Limanı ilə İraq Türkiyə vasitəsilə Asiya və Avropa arasında səyahət müddətini qısaltmaq və tranzit mərkəzinə çevrilməyi hədəfləyir.

"İraq İpək Yolu" olaraq təsvir edilən  İnkişaf Yolu Layihəsi ilə Süveyş kanalına rəqib bir marşrut yaradaraq ticarətin daha sürətli və səmərəli aparılması qarşıya məqsəd kimi qoyulub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən layihə 2028, 2033 və 2050-ci illər üzrə olmaqla üç mərhələdə tamamlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et