Türkiyə iqtisadiyyatı ilin ilk rübündə artım göstərib | Banco.az

Türkiyə iqtisadiyyatı ilin ilk rübündə artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatı ilin ilk rübündə 4 fazi artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) ölkədə zəlzələ fəlakətinin baş verdiyi və prezident seçkilərindən əvvəlki son rüb olan ilin birinci rübü üzrə dövri ümumi milli məhsul nəticələrini açıqlayıb.

Buna görə, Türkiyə iqtisadiyyatı ilin I rübündə əvvəlki ilin eyni dövrünə nəzərən 4 faiz artıb.

Artım ötən ilin sonuncu rübü ilə müqayisədə isə 0,3 faiz təşkil edib.

Xatırladaq ki, iqtisadçılar ilin birinci rübündə 3,2 faiz artım gözləyirdilər. Əvvəlki rübə nəzərən isə artımın 1,6 faiz olacağını proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et