Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Avropaya qaz nəqli həyata keçirə bilər.
Banco.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz bu barədə Əl-Cəzirə telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, Türkiyənin hazırda istifadədə olan 5 LNG terminalı, xüsusilə yay ayları üçün əlçatandır. Əgər tələb olunarsa, bu terminallardan istifadə etməklə təbii qazı Avropa ölkələrinə çatdırmaq mümkündür.
Bizi sosial şəbəkələrdən izləyin!!