Türk lirəsi sürətlə dəyər itirir - Yeni anti-rekord | Banco.az

Türk lirəsi sürətlə dəyər itirir - Yeni anti-rekord

Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının sabah açıqlayacağı faiz qərarından əvvəl lirənin ucuzlaşması davam etməkdədir.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, cümə günü tarixində ilk dəfə 10 səviyyəsini keçən məzənnə dünən gecə saatlarında 10.44 səviyyəsini üstələməklə növbəti rekorda imza atıb. Yeni günə 10.42 səviyyəsində başlasa da, daha sonra yenidən yüksəlib.

Günorta saatlarında Rəcəb Tayyib Ərdoğanın faizlə bağlı çıxışından sonra 10.56 səviyyəsi ilə məzənnədə yeni tarixi rekord qeydə alınıb.

Hazırda Dollar/TL məzənnəsi 10.46 səviyyəsində ticarət edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, türk lirəsi 2021-ci ilin əvvəlindən bəri dollara qarşı ən çox dəyər itirən inkişaf etməkdə olan ölkə valyutasıdır. Dolların aparıcı valyutalara qarşı fəaliyyət dinamikasını əks etdirən dollar indeksi isə 0,45% yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et