Türk lirəsi növbəti anti-rekorda imza atdı | Banco.az

Türk lirəsi növbəti anti-rekorda imza atdı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni iş həftəsinə növbəti rekordla başlayıb.

Banco.az türk mətbuatına istinadla bildirir ki, Türkiyə Respublikası Mərkəzi Bankında ötən həftə yaşanan kadr ixtisarlarından əvvəl 9.09 səviyyəsində icra edilən məzənnə səhər saatlarında 9.28 səviyyəsini keçməklə tarixi maksimumunu yeniləyib.

Hazırda Dollar/TL məzənnəsi 9.29 səviyyəsində icra edilir. 

Qeyd edək ki, bu həftə birjaların əsas diqqət mərkəzində cümə axşamı açıqlanacaq faiz qərarı olacaq ki, ötən ay Mərkəzi Bank gözlənilmədən uçot dərəcəsi üzrə faizləri aşağı salmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et