"Məhsulların həddsiz baha olduğunu görsəniz bizə bildirin" | Banco.az

"Məhsulların həddsiz baha olduğunu görsəniz bizə bildirin"

Trendyol Türkiyədə koronavirus aşkarlandıqdan sonra odekolon, gigiyenik jel və s. kimi həddsiz baha qiymətə satılan məhsullarla bağlı açıqlama verib.

Banco.az xəbər verir ki, məlumata görə şirkət müştərilərin hər bir müraciətini diqqətlə araşdıracağını bildirib.

“Koronavirusla əlaqəli hadisələri diqqətlə izləyirik. Məhsul qiymətlərini biz təyin etməsək də, virusun geniş yayıldığı dövrdə məhsullarla bağlı haqsız qiymətlərin yaranmasının qarşısını almaq üçün bütün tədbirləri görürük. Müştərilərimizin hər bir rəyini diqqətlə qiymətləndiririk. Tamamilə bazar şəraitində Trendyol-dan asılı olmayan haqqsız qiymətləri aşkar etsəniz, xahiş edirik ki, [email protected] elektron poçt ünvanına bildirəsiniz. "

Ən sərfəli kredit üçün müraciət et

Aida İsaq Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et