Trampdan Hindistana gömrük vergisi reaksiyası | Banco.az

Trampdan Hindistana gömrük vergisi reaksiyası

ABŞ Prezidenti Donald Tramp, Hindistanın Amerika mallarına gömrük vergisi qoymasına daha çox imkan verməyəcəklərini bildirib.

Tramp, rəsmi Twitter hesabından verdiyi açıqlamada, "Hindistan Amerika məhsullarına gömrük vergisi qoyaraq uzun müddət yaxşı vaxt keçirdi. Artıq qəbuledilməzdir", - ifadəsini istifadə edib.

ABŞ Prezidenti Donald Tramp ilə Hindistanın Baş naziri Narendra Modi, ötən ayında sonunda Yaponiyanın Osaka şəhərində təşkil olunan G-20 Sammiti çərçivəsində görüşmüşdü.

Görüş ərəfəsində də Tramp Twitter hesabından, "Hindistanın tətbiq etdiyi gömrük tarifləri qəbuledilməzdir" yazmışı. Görüşdə Trampın  "Ticarət məsələsində birlikdə çalışacağıq",- dediyi ortaya çıxmışdı.

Ən sərfəli kredit üçün müraciət et

 

İki ölkə arasında ticarət gərginliyi

Hindistan, Vaşinqtonun inkişaf etməkdə olan ölkələrə təqdim etdiyi bəzi məhsulların ABŞ-a gömrüksüz girişinə imkan yaradan Ümumiləşdirilmiş Üstünlüklər Sistemi (GTS) proqramından iyunun əvvəlində çıxarılıb.

Bundan sonra Hindistan, ABŞ-dan idxal edilən 28 məhsula əlavə gömrük vergisi tətbiq etməyə başlamışdır.

İki ölkə arasındakı əlaqələrin, ABŞ-ın S-400 və İran məsələsindəki mövqeyi və qarşılıqlı ticari həmlələrinə  görə gərginləşdiyi ibildirilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et