“Toyota” avtomobilləri niyə geri çağırılır? | Banco.az

“Toyota” avtomobilləri niyə geri çağırılır?

Yaponiyanın "Toyota" şirkəti 2 milyon 270 min avtomobili geri çağırır.

Mətbuata verilən məlumata görə, buna səbəb təhlükəsizlik yastıqlarındakı nasazlıqlardır. Nasazlıq 2000-2004-cü illərdə istehsal edilmiş "Corolla" və "Yaris" modelli avtomobillərdə aşkar edilmişdir. Geri çağırılan avtomobillərin 650 mini Yaponiya bazarında satılmışdır.

Qeyd edək ki, bu il "Toyota" ümumilikdə 6 milyondan çox avtomobili geri çağırmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: topnews.az

Ən sərfəli krediti almaq üçün müraciət et