Tokio 2020 Olimpiadası əvvəlki hesablamalardan daha baha başa gəlib | Banco.az

Tokio 2020 Olimpiadası əvvəlki hesablamalardan daha baha başa gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tokio 2020 Olimpiada Oyunlarının yekun dəyəri 1,7 trilyon yen olaraq yenilənib.

Banco.az xəbər verir ki, Tokio 2020 Olimpiadası və Paralimpiya Oyunları ümumilikdə 1,7 trilyon yenə (12,8 milyard dollar) başa gəlib ki, bu da daha əvvəl hesablanandan 20 faiz çoxdur.

Yaponiya hökuməti yanında Maliyyə Nəzarəti Şurası Tokio 2020-yə dair Təşkilat Komitəsinin daha əvvəl elan etdiyi 1,42 milyard yen dəyərində maliyyə hesabatını yeniləyib.

Buna əsasən, əvvəlki hesablamada Yaponiya İdman Şurasının turnirin əsas şəhərciyi olan Milli Stadionun tikintisini, həmçinin antidopinq və bəzi təhlükəsizlik xərclərini qeydə almadığı məlum olub. Bununla da, büynəlxalq turnirin ümumilikdə 1,7 trilyon yenə (12,8 milyar dollar) başa gəldiyi hesablanıb.

Yenilənmiş göstəricidən sonra turnirin təşkilatçılardan biri olan Yaponiya mərkəzi hökumətinə düşən xərc payı 364,1 milyard yenə(2,74 milyard dollar) yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Tokio 2020 Olimpiadası və Paralimpiya Oyunları Kovid-19 səbəbilə bir illik gecikmə ilə 2021-ci ilin yayında keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et