Tıxaclar ölkə iqtisadiyyatına necə təsir göstərir? | Banco.az

Tıxaclar ölkə iqtisadiyyatına necə təsir göstərir?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Xüsusilə son illərdə nəqliyyat sıxlığı böyük şəhərlərin əsas probleminə çevrilib desək, yanılmarıq. Əhalinin vaxt itirməsinə, stres və gərginlik keçirməsinə gətirib çıxarmaqla yanaşı, tıxacların iqtisadi baxımdan da əsaslı zərərləri mövcuddur.

Banco.az xəbər verir ki, avtomobil xidmətləri və nəqliyyat analizi üzrə mütəxəssis olan “INRIX” adlı amerikalı şirkət və “İqtisadiyyat və Biznes Təhlili Mərkəzi” adlı müəssisənin birgə hazırladığı hesabata görə, əhalinin artması, ÜDM istehsalının çoxalması, yanacaq qiymətlərinin aşağı düşməsi və əhalinin avtomobil sahibliyindəki artım səbəbilə ABŞ–da tıxacların birbaşa və ya dolayı yolla səbəb olduğu maddi itki 2030–cu ilə qədər 186 milyard dollara çatacaq. Qeyd edək ki, 2013–cü ildə bu göstərici 124 milyard dollar həcmində idi. Yəni, ABŞ–dakı tıxacların səbəb olduğu maliyyə itkisinin 17 il ərzində 50% artacağı proqozlaşdırılır. Təbii ki, bu göstərici mövcud şərait nəzərdə tutulan illərdə də davam edəcəyi təqdirdə etibarlıdır.

Xatrladaq ki, Misirin paytaxtı Qahirə şəhərinin 2010–cu ildəki tıxac problemi təqribən 50 milyard Misir funtu məbləğində maliyyə itkisinə səbəb olmuşdu. Bu rəqəm isə Misirin ÜDM istehsalının 4%-nə təsadüf edir.

Qahirə şəhərində tıxac

Ən sərfəli kredit üçün müraciət et

Lakin bu göstəricilərə baxmayaraq, hər hansı bir şəhərdə ümumiyyətlə tıxacın olmaması da müsbət hal hesab edilmir. Belə ki, aparılan bir araşdırmaya görə, müəyyən səviyyədə nəqliyyat sıxlığının olması ilə iqtisadi inkişaf arasında əlaqə mövcuddur. Keçmiş amerikalı siyasətçi Con Norquist tıxaclarla bağlı aşağıdakı sözləri söyləmişdir:

“Tıxac problemi bir növ xolesterinə bənzəyir. Heç olmadığı təqdirdə ölə bilərsən. Onun da xolesterin kimi yaxşı və pis növü vardır.”

Matias Svit adlı bir tədqiqatçının apardığı araşdırmaya görə, tıxac problemi yaşamayan şəhərlərin müəyyən dərəcədə nəqliyyat sıxlığı ilə üzləşməsi bu şəhərlərin iqtisadiyyatı üçün faydalıdır. Çünki bəzən tıxacları azatlmaq üçün sərf edilən maliyyə vəsaiti tıxacların səbəb olduğu maliyyə itkilərindən daha yüksəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et