"TikTok" İndoneziya bazarına 1,5 milyard dollar investisiya yatıracaq | Banco.az

"TikTok" İndoneziya bazarına 1,5 milyard dollar investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“TikTok” “Tokopedia” şirkətinə 1,5 milyard dollar investisiya yatıracaq.

Banco.az xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən böyük e-ticarət bazarı olan İndoneziyada daha çox iş görməyi planlaşdıran “TikTok” tənzimləyicilər tərəfindən bloklanandan sonra İndoneziyanın texnologiya nəhəngi “GoTo”nun e-ticarət şirkəti “Tokopedia”ya 1,5 milyard dollar sərmayə qoymağa qərar verib.

Belə ki, Çinin sosial media şirkəti “TikTok” bu investisiyanı İndoneziyanın texnologiya nəhəngi “GoTo”nun elektron ticarət bölməsi olan “Tokopedia” və “TikTok”un e-ticarət biznesinin yerli bölməsi olan “TikTok Shop Indonesia”nı bir araya gətirəcək yeni birgə müəssisəyə cəlb edəcək. Şirkətlər tərəfindən edilən açıqlamaya görə, sözügedən investisiya məbləği birdəfəlik deyil, hissə-hissə yatırılacaq.

“TikTok” yeni müəssisədə 75,01 faiz nəzarət payına sahib olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, satınalma ilə bağlı əməliyyat prosesinin 2024-cü ilin birinci rübündə başa çatdırılması gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et