"TikTok" hansı ölkələrdə qadağandır? | Banco.az

"TikTok" hansı ölkələrdə qadağandır?

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün Çinin  sosial platforması  olan TikTok-u  qadağan edən ölkələrin sayı günü-gündən artır. 

Bəs TikTok hansı ölkələrdə qadağandır? 

Avropa Birliyi

Avropa Komissiyası və Aİ Şurası kibertəhlükəsizlik tədbiri olaraq 23 fevral 2023-cü ildə TikTok-u işçilərin telefonlarına müvəqqəti olaraq qadağa qoyub.

ABŞ

ABŞ-ın Montana ştatında "TikTok" tətbiqini tamamilə qadağan edən qanun layihəsi qəbul edilib. Digər tərəfdən, Nyu York Bələdiyyəsi TikTok-un dövlətə məxsus cihazlarda istifadəsini qadağan edib. 

Birləşmiş Krallıq

Böyük Britaniya hökuməti 16 mart 2023-cü ildə TikTok-u bütün dövlət elektron cihazlarına qadağa qoyub.

Kanada

Digər ölkələrə uyğun olaraq, Kanada bu ilin fevral ayında bütün hökumət mobil cihazlarında TikTok-u qadağan edib. 

Danimarka

Danimarka höküməti 2023-cü ilin mart ayında TikTok-un iş cihazlarında qadağan edilməsini əmr edib. Ölkənin Müdafiə Nazirliyi təhlükəsizliklə bağlı narahatlıqlara istinad edərək, işçilərə proqramı mümkün qədər tez silməyi əmr edib.

Nepal

Nepal 2023-cü ilin noyabrında TikTok tətbiqini qadağan edəcəyini açıqlayaraq, məşhur video tətbiqinin "sui-istifadəsi" səbəbindən ictimai harmoniya və xoş niyyətin pozulduğunu və tətbiqə nəzarət tələbinin artdığını bildirib.

Əfqanıstan

Ən sərfəli kredit üçün müraciət et

Taliban 2022-ci ilin aprelində Əfqanıstanda  TikTok-u qadağan etdi və platformanın məzmununun "İslam qanunlarına uyğun olmadığını" söyləyib.

Yeni Zelandiya

Yeni Zelandiya 17 mart 2023-cü ildə TikTok-un bütün parlament cihazlarında qadağan olunduğunu elan edib.

İndoneziya

İndoneziya 2018-ci ildə pornoqrafiya, uyğunsuz məzmun və küfr kimi səbəblərə görə TikTok-u qadağan edib. Tətbiq senzura tətbiq etməyə razılaşdıqdan sonra qadağa bir həftə ərzində ləğv edildi.

Tayvan

"TikTok" 2022-ci ilin dekabrında Tayvanın hökumət cihazlarında qadağan edilib. Bu addım FTB-nin TikTok-un milli təhlükəsizlik riski yaratdığı barədə xəbərdarlıq etməsindən sonra atılıb.

Hindistan

"TikTok" ilk dəfə 2020-ci ildə Hindistanda qadağan edilib. Qadağa qərarı Himalay dağlarında Çin ordusu ilə toqquşmada 20 hind əsgərinin öldürülməsindən sonra verilib. Hadisədən sonra Hindistan "TikTok "da daxil olmaqla 50-dən çox tətbiqi qadağan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et