Tikinti sektorunda çalışanlar üçün yeni qaydalar hazırlanacaq | Banco.az

Tikinti sektorunda çalışanlar üçün yeni qaydalar hazırlanacaq

“Yaxın zamanlarda Azərbaycanda tikinti sektorunda qeyri-leqal məşğulluğun qarşısının alınması üzrə layihə hazırlanacaq”.

Bunu jurnalistlərə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hazırda əmək müqaviləsi olmadan çalışan vətəndaşların böyük əksəriyyəti tikinti sektorundadır: “Qeyri-leqal məşğulluq işçilərə bir sıra öhdəliklərdən, vergi və sosial sığorta ödənişlərindən boyun qaçırmağa imkan verir. 

Ən sərfəli kredit üçün müraciət et

İnanıram ki, tikinti şirkətlərinin rəhbərləri ilə görüşümüz müsbət nəticə verəcək. Biz gözləyirik ki, bu sahədə işləyən bütün əməkdaşlar əmək münasibətlərini rəsmiləşdirəcək”.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et