Visual Capitalist saytı texnologiya nəhənglərinin hansı məhsul və ya xidmətdən nə qədər gəlir əldə etdiyini qrafiki göstəricilərlə yayımlayıb.
Apple, Amazon, Facebook, Alphabet (Google) və Microsoft şirkətləri hər il cəmi 800 milyard dollar gəlir əldə edir.
Aşağıdakı qrafikdə göstərilir ki, Apple şirkətinin gəlir mənbəyinin yarıdan çoxu (62.85%) iPhone smartfonlarının payına düşür. Mac məhsullar seriyası gəlirin 9.6% - n təşkil etdiyi halda, iPad planşetləri bölgünün 7.1%-ni əhatə edir. Cəmi 265 milyard dollar gəlirin 37.2 milyard dollarlıq hissəsi isə Apple Music, Apple Pay və Apple Tv rəqəmsal xidmətlərdən əldə edilir.
Həmçinin oxu: Milyard dollarlıq səhmi 800 dollara satan Apple-ın qurucusu
Amazon isə gəlirlərinin böyük əksəriyyətini onlayn mağazasından qazanır. Ancaq aradırmanı aparan sayt Amazon – un ən sürətlə böyüyən şöbəsinin fiziki mağazaları olduğunu xüsusilə vurğulayır. Fiziki mağazalar 17.2 milyard dollar ilə ümumi gəlirin 7.4% - ni təşkil edərkən, Amazon Web Services – in 2018 – ci ildə 25.7 milyard dollar gəlir gətirdiyi bildirilir.
Tərkibinə Google və Google xidmətlərinin daxil olduğu Alphabet şirkətinin isə 2018 – ci ildəki ümumi gəliri 136.8 milyard dollar səviyyəsində qeydə alınmışdır. Gəlirinin 79% -lik hissəsini ABŞ və Avropa, Orta Şərq və Afrika bazarından əldə edən şirkət Google, Youtube və Google Play kimi məhsullarda göstərdiyi reklam və tövsiyələr sayəsində 96.3 milyard dollar qazanır. Google Ads isə şirkətin yükun gəlirinin 14.6% - n təşkil edir.
Texnologiya nəhəngləri içərisində gəlir kanalları ən müxtəlif olan şirkət Microsoft –dur. Belə ki, şirkət Azure bulud xidmətlərindən 26.1 milyard dollar gəlir əldə edərkən, Windows əməliyyat sistemi vasitəsilə 19.5 milyard dollar, Xbox və digər oyun xidmətlərindən 10.4 milyard dollar gəlir əldə edir. Bing axtarış sistemindən 7 miyard dollar və LinkedIn sosial şəbəkəsindən isə 5.3 milyard dollar qazanan Microsoft 25.7%, yəni 28.3 milyard dollar ilə ən böyük gəliri Office –dən qazanır.
Gəlir mənbəyi ən yaxşı başa düşülən isə Facebook şirkətidir. 2018 – ci ildə 55.8 milyard dollar qazanan Facebook şirkətinin gəlirlərinin 98.5% -nin FacebookAds sayəsində əldə edilir. Facebook reklam sahəsindəki gəlirinin yarısını ABŞ, digər yarısını isə Avropa və Asiya - Sakit Okean bölgələrindən əldə edir.
Həmçinin oxu: Texnologiya tarixinə damğa vurmuş 5 SƏHV proqnoz
Tamara Mustafayeva, Banco.az