Tətildən qayıtdıqdan sonra yenidən işə uyğunlaşmağın yolları | Banco.az

Tətildən qayıtdıqdan sonra yenidən işə uyğunlaşmağın yolları

Tamara Mustafayeva, Banco.az

Bayram tətillərində və ya məzuniyyət zamanı, xüsusilə də şəhərkənarına istirahətə gedən insanlar üçün çətin anlardan biri tətil ab-havasından çıxıb yenidən işlərə adaptasiya olmaqdır.

Yeni il səbəbilə elan edilən qeyri-iş günləri bugündən etibarən başa çatıb. İnsanların əksəriyyətinin bu qısa müddətə belə olsa dincəlmək üçün şəhərkənarı yerlərə, hətta ölkə xaricinə getdiyini təxmin etmək elə də çətin deyil. 

İşdən uzaqlaşıb tətilə çıxmaq xoş səslənsə də, istirahətdən işə geri qayıtmaq o qədər də xoş olmaya bilər. Məhz bu prosesin sizə asan olması üçün “Forbes” jurnalının yayımladığı bəzi məsləhətlərlə gəlin tanış olaq.

Qayıdışınızı öncədən planlaşdırın

İnsanların əksəriyyəti işdən uzaqlaşıb tətilə çıxarkən sadəcə gediş planları qurmaqla məşğul olurlar. Lakin, geri qayıtma prosesini də əvvəlcədən planlaşdırmağa çalışmaq lazımdır. Bununla yanaşı, bir çoxumuz tətilin son gününün axşamı və ya gecəsi evə geri dönərək tətilin müddətini maksimum uzatmağa çalışsaq da, “168 saat: Düşündüyündən daha çox vaxtın var” adlı kitabın müəllifi Laura Vanderkam daha tez geri dönməyi məsləhət görür.

Dərhal işlərə başlamayın

Əgər böhran planınız yoxdursa, tətildən dərhal sonra ofisə qayıtmayın. Vanderkam bu mövzu ilə bağlı aşağıdakıları yazır:

“Buraxılan bütün iclaslara girmək tendensiyası mövcuddur. Mümkün olduğu qədər bunu ikinci iş gününə saxlayın və ya günortadan sonra özünüzə vaxt ayırın.”

“Səhərlər əsla e-poçtlarınızı yoxlamayın” adlı kitabın müəllifi, təlimçi Julie Morgenstern isə aşağıdakı tövsiyyələri verir:

“Keçid vaxtı yaradın. Ofisdəki ilk iş gününüz üçün əvvəlcədən iş müəyyənləşdirməyin, özünüzə vaxt ayırın.”

Ən sərfəli kredit üçün müraciət et

Avtomatik cavabınız sizin ilkin müdafiə vasitənizdir

Sizə gələcək zənglərə qoyulan avtomatik cavab bəsit, faydalı və dürüst olmalıdır. Vanderkam tətildə olduğunuz müddət ərzində işlə məşğul olmamağınızı məsləhət görür. Bu avtomatik cavab sayəsində iş yoldaşlarınız uyğun olub-olmadığınızı biləcəklər.

Bununla yanaşı, sizə kimlərin mail göndərə biləcəyini və insanların sizin əvəzinizə kiminlə əlaqə saxlayacaqlarını ya da sizin onlara nə zaman cavab verəcəyinizi bildiklərindən də əmin olun.

Tətildə olduğunuz zaman sizə gələn maillərə sürətlə nəzər salın və daha sonra hamısını silin

Göndərilən maillərin silinməsi düşüncəsi, sübhəsiz ki, sizi qorxudur. Lakin, əksər insanlar tətildən qayıtdıqdan sonra bu müddət ərzində gələn lazımsız mailləri silməyin çox vaxt apardığını iddia edirlər. Vanderkam bu haqda yazır: “Bəzi insanlar nəyin işarələndiyinə sürətlə nəzər salar, nəyin lazımlı olduğunu görər və daha sonra hər şeyi silər.” Qısası, e-poçt hesabınızdakı vacib maillərə nəzər saldıqdan sonra lazımsız hesab etdiklərinizi silin.

Uğurlu il və məhsuldar iş həftəsi arzu edirik!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et