"Tesla" Türkiyə bazarına daxil olmaq istəyir | Banco.az

"Tesla" Türkiyə bazarına daxil olmaq istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın Türkiyə avtomobil bazarına daxil olmaq istədiyi açıqlanıb.

Banco.az xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkətinin Türkiyə bazarına daxil olmaq istədiyini və bununla bağlı işlərin davam etdiyini bildirib.

ABŞ-a səfəri çərçivəsində həftənin əvvəlində texnologiya və innovasiyanın ürəyinin döyündüyü Silikon Vadisinə baş çəkən Varank “Tesla”nın Fremont Fabrikində keçirilən görüşlərin təfərrüatlarını ictimaiyyətlə bölüşüb.

“Tesla avtomobil sənayesində gələcəyin markalarından biridir. Hazırda bütün dünyada əhatə dairəsini və bazarını genişləndirməyə çalışır. Çindəki ən böyük şirkətlərdən biri olan, eyni zamanda Almaniya fabriki ilə Avropa bazarında üstünlük qurmağa çalışan “Tesla” Türkiyə bazarına da daxil olmaq istəyir”, deyə o, bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et