Tesla şirkəti növbəti yeniliyə imza atıb | Banco.az

Tesla şirkəti növbəti yeniliyə imza atıb

Tesla şirkəti V3 təchizatının köməyi ilə elektroavtomobillərin elektrik enerji yığma müddəti 15 dəqiqəyə başa gələcək. V3 Supercharger avtomobili 250 kVt elektrik enerjisi ilə təchiz edə bilir.

Stansiya, Model 3 elektroavtomobilini 120 km məsafə qət etməsi məqsədi ilə 5 dəqiqə ərzində enerji ehtiyatı ilə təchiz edə bilir. İlk əvvəl V3 Supercharging yalnız Tesla Model 3 elektromobilləri, daha sonra isə digər növ avtomobillərin istifadəsi üçün yararlı olacaq. Yeni stansiyalar hal-hazırda Kaliforniyada sınaqdan keçirilir. 2019-cu il ərzində sürətli elektrik enerjisi toplama stansiyaları Şimali Amerika, Avropa və Asiyada quraşdırılacaq.

Həmçinin oxu: Volvonun yeni modeli niyə Tesla qatili hesab edilir?

Ən sərfəli kredit üçün müraciət et

Şirkətdə eyni zamanda On-Route Battery Warmup - modulunun yeni funksiyalarından bəhs edilib. Qeyd edilir ki, Tesla stansiyalarına çatana qədər akkumulyatorların optimal temperatura qədər qızması, cərəyan yükləmə müddətinin 25% -ə qədər azalmasını təmin edəcək.

Hal-hazırda Tesla şirkəti 12 min V2 Supercharger istehsal edib. Gələcəkdə şirkət maraqlı bir yenilik ilə 145 kVt tutumu tənzimləyə biləcək qurğu hazırlaması barədə söz açıb.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür:  Очередная новинка от Tesla

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et