"Tesla" ABŞ-da bəzi avtomobillərinin qiymətlərini aşağı salıb | Banco.az

"Tesla" ABŞ-da bəzi avtomobillərinin qiymətlərini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” şirkəti ABŞ-da bəzi avtomobillərinin qiymətlərini endirib.

Banco.az xəbər verir ki, elektromobil (EV) istehsalçısının internet saytında dərc olunan məlumata görə, İlon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti cümə axşamı ABŞ-da Model 3 və Model Y avtomobillərinin qiymətlərini 2,65 faizdən 4,23 faizə qədər endirib.

Bununla da, şirkətin Model 3 sedan avtomobilinin qiyməti 40 min 240 dollardan 38 min 990 dollara, Model Y uzun məsafəli avtomobilinin qiyməti isə 50 min 490 dollardan 48 min 490 dollara qədər ucuzlaşıb.

Şirkət həmçinin Model Y performans avtomobilinin qiymətini də 54 min 490 dollardan 52 min 490 dollara endirib.

“Tesla”nın bu həftənin əvvəlində yenidən təqdim etdiyi əsas Model Y-nin qiyməti isə dəyişməz olaraq 43 min 990 dollar səviyyəsində qalıb. Qeyd edək ki, daha bahalı Model S və Model X avtomobillərinin qiymətləri də dəyişməz olaraq qalır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et