Təqaüd əsasında kredit təklif edən banklar - SİYAHI | Banco.az

Təqaüd əsasında kredit təklif edən banklar - SİYAHI

Bu gün nağd pul krediti əldə etmək olduqca çətinləşib. Banklara kredit üçün yaxınlaşan zaman bizdən iş yerindən arayış, gəliri təsdiq edən sənəd, əmək haqqının son 6 və ya 12 aylıq çıxarışı, çox hallarda isə zamin tələb olunur.

Hazırda nağd pul kreditinin növlərindən biri də təqaüdçü kreditləridir.  Bu kreditlər bir sıra banklar tərəfindən təklif olunur və krediti əldə edənlər 2-ci və ya 3-cü qrup əlil, yaşa və ya əməyə görə təqaüdçü olmalıdır.

Lalnız, hər bir bank üçün kreditin verilmə şərtləri fərqlidir. Əvvəlcə bu növ kreditləri təklif edən banklarla tanış olaq:

Banklar

Məbləğ 

Faiz

Müddət

AFB Bank

500 - 10 000 (AZN)

30%

12 ay

AccessBank

500 - 10 000 (AZN)

29%

6-24 ay

ASB Bank

təqaüdün 3 misli 27% 36 ay
Azər Türk Bank

max. təqaüdün 3 misli

26% 12 ay

Bank BTB

300 - 1000 (AZN)

38%

3-36 ay

Bank of Baku 300 - 5000 (AZN)

26-32%

12 ay

Bank Respublika

500 - 5000 (AZN) 32% 12-18 ay

Beynəlxalq Bank

300 - 15 000 (AZN)

29%

24 ay

Dəmirbank

10 000 (AZN)

27%

12 aya

Expressbank

300 - 3000 (AZN)

28-30%

12-36 ay

Kapital bank

 300 - 20 000 (AZN)

29,84 %

3 - 36 ay

NBC Bank

500 - 1000 (AZN) 29-30% 12-24 ay

Unibank

300 - 5000 (AZN) 23-29% 3-36 ay

Ən sərfəli kredit üçün müraciət et

 Hər bir bankda kreditin əldə olunma şərtləri müxtəlifdir. Banklarda təqaüd kreditinin əsas şərtlərinə nəzər salaq:

“AFB Bank” 65 yaşa qədər olan təqaüdçülərə kredit təklif edir. Kredit məbləği 5000 AZN-ə qədərdirsə 1 zamin, 5000-10 000 AZN arasıdırsa 2 zamin tələb olunur, zaminin mütləq iş yeri olmalıdır. 

"AccessBank" yaşa və əmək təcrübəsinə görə təqaüdə çıxmış 65 yaşa qədər olan şəxslərə kredit təklif edir.

"ASB Bank" minimum 250 AZN təqaüd alan şəxslərə kredit kartı təklif edir və bunun üçün də 1 zamin tələb olunur.

"Azər Türk Bank" minimum təqaüdü 350 AZN, yaşı 60-a qədər olan şəxslərə 1 zamin tələbi ilə kredit təklif olunur.

“Bank BTB”  minimum 400 AZN təqaüd alan və yalnız yaşa və xidmətə görə təqaüdə çıxan 65 yaşa qədər olan şəxslərə kredit təklif edir.

"Bank of Baku" tərəfindən yalnız 500 AZN təqaüd alan və yaşa görə təqaüdə çıxan şəxslərə kredit verilməsi mümkündür. İlk müştərilər üçün təqaüdün maksimum 2 misli, yaş həddi 20-65 arası, təkrar müştərilərə təqaüdün 2.5 misli, yaş həddi 20-70 nəzərdə tutulur.

"Bank Respublika" minimum təqaüd məbləği 350 AZN-dir və kreditin verilməsi üçün 1 zamin tələb olunur.

“Beynəlxalq Bank” yaşa görə təqaüdə çıxmış şəxslərə, 2-ci və 3-cü qrup əlillərə kredit təklif edir. Minimum təqaüd tələbi 120 AZN-dir və məbləğdən asılı olaraq 1 və ya 2 zamin tələb oluna bilər.

“Dəmirbank” yalnız yaşa görə təqaüdə çıxmış şəxslərə kredit təklif edir və yaş maksimum 70 ola bilər. Hər bir müştəriyə fərdi şəkildə baxılır və lazım gələrsə zamin tələb olunur.

“Expressbank” 3-cü qrup əlillərə, yaşa və əməyə görə təqaüdə çıxmış 65 yaşa qədər bütün şəxslərə kredit ayırır.

"Kapital Bank" təqaüd kartı "Kapital Bank"-dan olan şəxslərə kredit ayırır, müddət və məbləğ isə hər bir müştəri üçün fərdi olaraq müəyyən olunur.

"NBC Bank" yaşa və əmək təcrübəsinə görə təqaüdə çıxmış 65 yaşa qədər olan şəxslərə kredit təklif edir.

"Unibank" minimal təqaüdü 175 AZN, 65 yaşa qədər olan şəxslərə kredit təklif edir.

Ən sərfəli krediti almaq üçün müraciət et