Telegram-a bu funksiyalar əlavə edildi | Banco.az

Telegram-a bu funksiyalar əlavə edildi

Telegram tərtibatçıları messenceri təkmilləşdirməkdə davam edirlər. Növbəti yenilənmə öz növbəsində messencerə yeni funksiyaları əlavə edib.

Telegram-a fərdi səsli bildirişlərin yaradılması və onların ayarlanması, avtomatik silinən mesajları əhatə edən təkmilləşdirilmiş menyu və yeni nəsil botların yaradılması üçün nəzərdə tutulmuş alətlər əlavə edilib. Beləliklə bundan sonra istifadəçilər istənilən audio faylı səsli bildiriş qismində istifadə edə biləcəklər. Bunun üçün müvafiq çatda lazımi audio faylı və ya səsli mesajı seçmək və daha sonra seçilmiş faylı səsli bildirişlər siyahısına əlavə edərək onu istənilən çat üçün mövcud səsli bildiriş qismində qeyd etmək lazımdır. İstifadəçi tərəfindən səsli bildiriş kimi seçilmiş istənilən audio faylı həm ayrı-ayrı çatlar, həm də qrup ilə kanallar üçün təyin etmək mümkündür.

ted.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et