Tədris kursunun qeydiyyat prosedurları | Banco.az

Tədris kursunun qeydiyyat prosedurları

Xarici dil kursu kimi fəaliyyətə başlayacaq təhsil sahəsi üçün hansı sənədlər gərəklidir və dövlət rüsumu nə qədərdir?

Vergilər Nazirliyindən bildirilib ki, sorğuda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirmək mümkündür.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatları taxes.gov.az saytının “Vergi bələdçisi” bölməsində almaq olar.

Fiziki şəxs kimi vergi orqanında uçota alınma ödənişsiz həyata keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

"Dövlət rüsumu haqqında" Qanunun müvafiq maddəsinə əsasən (20-ci maddə) qeydiyyat zamanı dövlət büdcəsinə müəyyən məbləğdə dövlət rüsumu ödənilməlidir:

  • banklar, birjalar, sığortaçılar, sığorta birlik və brokerləri, xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialları - 220 manat;

 

  • kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər - 3 manat;

 

  • digər hüquqi şəxslər - 11 manat.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et