Tanınmış bank neftin 120 dollara qədər bahalaşacağını iddia edir | Banco.az

Tanınmış bank neftin 120 dollara qədər bahalaşacağını iddia edir

Tamara Mustafayeva, Banco.az

"Bank of America" tələb artımı səbəbindən Brent markalı neftin qiymətinin 2022-ci ilin iyul ayınadək 120 dollara qalxacağını proqnozlaşdırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı "Bank of America"nın analitikləri qlobal enerji böhranının qaz və kömür qiymətlərinin dünya miqyasında bahalaşmasına səbəb olduğunu, bu vəziyyətin də, öz növbəsində Nyu-York və London əmtəə birjalarında ticarət edilən neft fyuçerslərinin dəyər qazanmasında rol oynadığını açıqlayıb. 

Yanacaq tələbinin getdikcə artması ilə qiymətlərin artım dinamikasının davam edəcəyini vurğulayan analitiklər 2022-ci ilin iyul ayında Brent markalı neftin bir barelinin 120 dollara satılacağını düşünürlər.

Bir çox neft istehsalçısı da, həmçinin qiymətlərin yaxın zamanda 100 dollara qədər bahalaşacağını proqnozlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 83.96 dollara, Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 84.69 dollara ticarət edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et