Stiv Cobsdan uğurun 10 qızıl qanunu | Banco.az

Stiv Cobsdan uğurun 10 qızıl qanunu

Rəqəmsal əsrin atası adlandırılan, gördüyü işlərlə dünyamızın rənglənməsinə səbəb olan , karyerasına ən dibdən başlayıb ən yüksəyə çıxan Stiv Cobs 2010-cu ildə 8 milyard dollarlıq bir sərvətə sahib idi. Bəli, hazırda da zamanın ən güclü qəhrəmanlarından biri olan Stive Cobsun həyatı boyunca ağlından çıxarmadığı 10 qızıl qanunu sizlərlə paylaşırıq.

1) Zamana dəyər verin. 

Sahib olduğumuz zaman çox qısadır, həyatınızı başqa insanların həyatını yaşamağa sərf etməyin. Başqalarının düşüncəsinə görə hərəkət etmək istəyinə düşməyin. Başqa insanların fikirlərinin səs küyü sizin qəlbinizin səsini basdırmasın.  Və ən önəmlisi qəlbinizin səsini dinləyəcək cəsarətə sahib olun, qalan hər şey ikinci plandadır.

2) İstəyin yetər. 

Nə istədiyiniz haqqında düşünün, nəyi sevdiyinizi öyrənin. Əgər uğurlu olmaq istəyirsinizsə, gördüyünüz işi sevməniz kifayətdir.  Əgər nəyi sevdiyinizi bilmirsinizsə araşdırın.  Əgər bir işə başlarkən istəkli deyilsəz, o işin sonunu gətirə bilməyəcəksiniz. Çünki hər işin çətin tərəfləri var, xəyalınızdakı işin belə. Ancaq istəkli olsaz bu çətinlikləri dəf edə bilərsiniz. 

3) Həyatınızı özünüz üçün qurun.  

Bəlkə də, yuxarıdakı ifadəni hər kəsdən eşidib bezibsiniz. Amma bu  həqiqətdir. Gəminin kapitanı sizsiniz və buna görə də düyməni yalnız siz basmalısınız. Özünüz üçün bir həyat qurun, çünki bir də bunun üçün zamanınız olmayacaq. Ya indi edin, ya da ki peşman olun.

4) Keyfiyyətsiz məhsul satmayın.

Əslində siz satdığınız məhsullarla özünüzü tanıdırsınız, məhsulunuz nə qədər keyfiyyətsiz olarsa, bu sizin də keyfiyyətsiz biri olduğunuz deməkdir. Düzdü etiraz edənlər olsa da, Apple məhsulları daima keyfiyyətli olmuşdur.  Bunun sayəsində Apple sadiq müştərilər qazandı.

5) Yaxşı bir komanda qurun. 

Sizin ətraf mühitiniz gələcəyinizi şəkilləndirəcək. Əgər çevrənizi sizin kimi ağıllı, pozitiv və eyni vizyona sahib olan insanlarla paylaşsaz deməli yüksək gələcəyiniz var. Bunu unutmayın, ən çox danışdığınız  5 şəxsin ortalaması sizsiniz. Buna görə hərəkət edin. 

Ən sərfəli kredit üçün müraciət et

6) Pul üçün nəsə etməyin.

Sevdiyiniz işi seçin, beləliklə həyatınızın geri qalanını çalışmaq məcburiyyətində olmayacaqsınız. Stiv Cobsun 25 yaşında 100 milyon dollarlıq sərvəti vardı, niyə? . Çünki o pul üçün nəsə etmirdi, dünyanı dəyişdirmək üçün edirdi.

7) Məhsullarınızla fəxr edin.

Elə məhsul ərsəyə gətirin ki, ona baxanda sizlə fəxr etsinlər. Nə qədər fəxr ediləsi bir məhsulunuz varsa o qədər çox müştəri qazanacaqsınız. Çox müştəri isə çox pul deməkdir. 

8) Məhsulu müştəriniz üçün hazırlayın. 

Müştərilər hər zaman dəyər istər. Onlar gördüyü işdə peşəkar olan və daima ciddi yanaşan şəxslərə güvənirlər. Müştəriləriniz üçün zaman ayırın, qarşılaşdıqları çətinliklər barədə məlumatlı olun.

9)  Satış dəyərlərlə əlaqəlidir. 

Heç Adidas və Pumadan daha yaxşı olduqlarını göstərən bir Nike reklamı gördünüzmü? Əlbətdəki yox, çünki onlar Michael Jordan kimi idmançıları ön plana çıxartmaqla imiclərini müştərilərin gözündə yüksəldərlər. 

10) Doymayın, daha çox istəyin.

Heç vaxt doyduğunuzu deməyin, daha çoxu üçün cəhd edin. Hətta qarşınızdakı insanlar imkansız dedikləri şeyləri edin və uğurlu olmağa çalışın.

Xəzər Aslanov. Banco.az

Bu da maraqlıdır.

Stiv Cobsun mühəndisinə verdiyi mükəmməl cavab

Ən sərfəli krediti almaq üçün müraciət et