Şri-Lankada turizmin təşviqi məqsədilə aviasiya vergiləri ləğv edilir | Banco.az

Şri-Lankada turizmin təşviqi məqsədilə aviasiya vergiləri ləğv edilir

Şri Lankada aprel ayında baş vermiş terror hadisəsindən sonra ölkəyə gələn turistlərin sayında keçən ilin eyni dövrü ilə müqayisədə 57 faizlik azalma qeydə alınıb. Bununla əlaqədar olaraq, hökumət turizmi təşviq etmək üçün aviasiya şirkətlərinin ödədikləri bəzi vergiləri ləğv etməyi qərara alıb. Ölkənin turizm naziri Con Amaratunqa xaricdən təyyarə səfərlərinin sayını artırmaq və biletlərin qiymətlərini ucuzlaşdırmaq üçün aviasiya şirkətlərindən tutulan yanacaq və yanacaq tədarükü vergilərinin ləğv olunacağını bildirib. Nazir əlavə edib ki, xarici hava yolu şirkətlərinin də yer xidmətləri xərclərinin azaldılması üçün qanunda təkmilləşdirmələr nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, turizm xaricdə çalışan işçilərin göndərdikləri pul vəsaitləri, eləcə də tekstil və parça məhsullarının ixracından əldə olunan gəlirlərlə birlikdə ölkənin ən mühüm valyuta qaynağını təşkil edir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et