“SpaceX” növbəti internet peykləri qrupunu orbitə çıxarıb | Banco.az

“SpaceX” növbəti internet peykləri qrupunu orbitə çıxarıb

Müəllif:Mehin Qasımova/Banco.az

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 24 mini-peykdən ibarət növbəti qrupu orbitə çıxarıb.

Banco.az xəbər verir ki, bu barədə SpaceX inkişaf şirkəti "X" sosial şəbəkəsində məlumat yayıb.

“24 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda deyilir.

Raket bazar günü ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:06-da  Floridadakı Kanaveral burnunda ABŞ Kosmik Qüvvələri bazasının 40-cı buraxılış kompleksindən buraxılıb.

2019-cu ilin may ayından etibarən SpaceX Starlink layihəsi çərçivəsində 5,9 minə yaxın belə peyk buraxıb. Onlardan bəziləri uğursuz olub və ya orbiti tərk edib. Hazırda orbitdə 5,6 mindən çox cihaz işlək vəziyyətdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et