"S&P" Ukraynanın kredit reytinqini aşağı salıb | Banco.az

"S&P" Ukraynanın kredit reytinqini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinqi agentliyi “Standard & Poor's” (S&P) Ukraynanın kredit reytinqini aşağı salıb.

Banco.az xəbər verir ki, “S&P”nin verdiyi bəyanatda Ukraynanın borcların restrukturizasiyası ilə bağlı rəsmi danışıqlara başlayacağı və bu ilin ortalarında prosesi başa çatdıracağı bildirilib.

Bəyanatda Ukraynanın xarici kommersiya öhdəliklərini yerinə yetirə bilməyəcəyinin demək olar ki, dəqiq olduğu vurğulanıb. Nəticədə ölkənin xarici valyutada uzunmüddətli kredit reytinqinin “CCC”dən “CC”yə endirilməsi barədə məlumat yayılıb.

Bəyanatda xarici valyutada kredit proqnozunun mənfi, yerli valyuta üzrə proqnozun isə sabit olduğu qeyd edilib.

Ukraynada müharibənin aktiv fazasının ən azı 2024-cü ilin sonuna qədər davam edəcəyi proqnozlaşdırılan bəyanata görə, Beynəlxalq Valyuta Fondunun (BVF) tənzimləmələri çərçivəsində hökumət xarici valyuta likvidliyini qorumaq və borc dayanıqlığını bərpa etmək üçün xarici kommersiya borcundan azad olmağa çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et