"S&P" qlobal iqtisadi artım proqnozunu yüksəldib | Banco.az

"S&P" qlobal iqtisadi artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Standard Poor's” (SP) bu ilki iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Standard Poor's” (SP) bu ilki qlobal iqtisadi artım proqnozunu 2,7 faizdən 2,9 faizə yüksəldib.

Kredit reytinq agentliyi tərəfindən edilən şərhdə qlobal iqtisadi görünüşlə bağlı qiymətləndirmələr aparılıb.

Bildirilib ki, inkişaf etmiş ölkələrdə faiz dərəcələrinin sürətlə artmasına baxmayaraq, bir çox iqtisadiyyatlarda xüsusilə xidmətlər üçün tələb təzyiqlərinin güclü olaraq qalmaqdadır. Başlıq inflyasiyanın azalmasına baxmayaraq, əmək bazarları hələ də sıxlığını saxlayır və baza inflyasiyası yüksəkdir.

Həmçinin qeyd olunub, hazırki proqnozlar ümumilikdə 2023-cü ildə daha sürətli iqtisadi artıma, 2024-cü ildə isə daha yavaş iqtisadi artıma işarə edir. Dünya iqtisadiyyatının bu il və gələn il 2,9 faiz, 2025 və 2026-cı illərdə isə 3,3 faiz artacağı gözlənilir

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et