"S&P" inkişaf etməkdə olan ölkələrin artım proqnozunu yüksəldib | Banco.az

"S&P" inkişaf etməkdə olan ölkələrin artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P Global” inkişaf etməkdə olan ölkələr üçün 2024-cü il üzrə ümumi artım proqnozunu 4,2 faizə yüksəldib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “S&P Global” ABŞ və inkişaf etməkdə olan bazarlar üçün ikinci rübün iqtisadi proqnoz hesabatını dərc edib.

ABŞ iqtisadiyyatı ilə bağlı hesabata görə, əmək bazarının güclü olması səbəbindən bu ölkədə iqtisadi artımın 2024-cü ildə 2,5 faiz olacağı gözlənilir.

Hesabatda qeyd edilib ki, yaxın bir neçə il ərzində iqtisadiyyatın potensialdan bir qədər aşağı böyüməsi gözlənilməkdə davam edir.

Hesabatda ABŞ üçün artım gözləntiləri fevral hesabatına görə bu il 2,4 faizdən 2,5 faizə yüksəldilib, gələn il üçün isə 1,5 faiz səviyyəsində sabit saxlanılıb.

İnkişaf etməkdə olan ölkələrlə bağlı hesabatda isə xüsusilə ABŞ-da dayanıqlı qlobal artımın və zəifləyən maliyyə şərtlərinin 2023-cü ilin sonundan etibarən inkişaf etməkdə olan bazarlar üçün makroiqtisadi şərtləri cüzi yaxşılaşdırdığı bildirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Hesabat 2024-cü ildə inkişaf etməkdə olan ölkələrdə artımın əhəmiyyətli dərəcədə fərqlənəcəyinə diqqət çəkir. Qeyd olunub ki, 2023-cü ildə bir çox daha yaxşı performans göstərən ölkələr üçün mülayim artım, bəzi zəif performans göstərən ölkələr üçün isə bir qədər yüksələn artım proqnozlaşdırılır.

Hesabatda qeyd olunub ki, inkişaf etməkdə olan ölkələrin ümumi iqtisadi artım proqnozu 2024-cü il üçün 4,1 faizdən 4,2 faizə, 2025-ci il üçün isə 4,5 faizdən 4,6 faizə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et