"S&P" İngiltərə iqtisadiyyatında tənəzzülün davam edəcəyini gözləyir | Banco.az

"S&P" İngiltərə iqtisadiyyatında tənəzzülün davam edəcəyini gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) Böyük Britaniya iqtisadiyyatında tənəzzülün 2024-cü ildə də davam edəcəyini bildirib.

Banco.az xəbər verir ki, kredit reytinq agentliyinin verdiyi açıqlamada ölkədə yüksək inflyasiyanın və artan faizlərin səbəb olduğu iqtisadi durğunluğun gələn il də təsirinin hiss olunacağı qeyd edilib.

Agentliyin bəyanatında bildirilib ki, ölkə iqtisadiyyatının bu il üzrə artım proqnozu 0 faizdən 0,3 faizə qaldırılıb, gələn il üzrə isə 0,8 faizdən 0,5 faizə endirilib.

Bəyanatda ölkədə başlıq inflyasiyanın hələ də yüksək olduğu bildirilsə də, gələn ilin ikinci yarısında İngiltərə Bankının (BoE) hədəflədiyi 2 faiz səviyyəsinə endirilməsinin mümkün olduğu da dəyərləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et