Son 6 ayda Azərbaycana ən çox turist Rusiyadan gəlib | Banco.az

Son 6 ayda Azərbaycana ən çox turist Rusiyadan gəlib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 181 ölkəsindən 918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, gələnlərin 32,9 faizi Rusiya Federasiyası, 19,2 faizi Türkiyə, 7,7 faizi İran, 5,2 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,3 faiz olmaqla Pakistan və Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faiz olmaqla Belarus və Ukrayna, 1,3 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,5 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,2 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,1 dəfə, Belarusdan - 2,3 dəfə, Özbəkistandan - 2,2 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,9 dəfə, İsraildən - 1,6 dəfə, ABŞ-dan - 44,2 faiz, Küveytdən - 37,2 faiz, Gürcüstandan - 35,5 faiz, Böyük Britaniyadan - 34,6 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 22,7 faiz, Pakistandan - 16,1 faiz, Türkiyədən - 15,9 faiz artıb, Səudiyyə Ərəbistanından gələnlərin sayı 23,6 faiz, İrandan - 14,9 faiz, Omandan - 9,9 faiz, Ukraynadan - 6,2 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et