Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18% artıb | Banco.az

Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çox vəsait yönəldilib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,1%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,2% artıb.

Hesabat dövründə istifadə olunmuş vəsaitin 7 milyard 482 milyon manatı və yaxud 58,8%-i məhsul istehsalı sahələrinə, 4 milyard 607,8 milyon manatı və yaxud 36,2%-i xidmət sahələrinə, 639,1 milyon manatı və yaxud 5%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et