Smartfonun sınmış ekranı öz-özünə bərpa olunacaq | Banco.az

Smartfonun sınmış ekranı öz-özünə bərpa olunacaq

Müəllif: Mehin Qasımova/Banco.az

Smartfonun sınmış ekranı öz-özünə bərpa olunacaq​.

Banco.az xəbər verir ki,özünü bərpa edən displeyli smartfonların beş il ərzində bazara çıxması gözlənilir.

CCS Insight analitik firmasının məlumata görə, istifadəçilər 2028-ci ildən etibarən belə smartfonlarla tanış olacaqlar .

2024-cü il və sonrakı illər üçün texnologiya proqnozlarını açıqlayan təşkilatın hesabatında, bu texnologiyanın arxasında telefon ekranının səthinə nano örtük əlavə edilməsinin dayandığı və bunun da telefonun ekranı ilə reaksiya verən yeni bir material meydana gətirdiyi bildirilir.

Yəni cızıldıqda havaya məruz qalır və zərəri doldurur.

CCS Insight-ın baş analitiki Ben Vud mövzu ilə bağlı verdiyi açıqlamada bu texnologiyanın qeyri-adi bir istehsal olmadığını və müasir dünyada mümkün olduğunu bildirib.

Bildirib ki, bu baxımdan ən böyük problem gözləntiləri düzgün müəyyənləşdirmək və idarə etməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda həmçinin qeyd olunub ki, şirkətlər artıq bir neçə ildir ki, özünü sağaldan smartfon ekranı texnologiyası üzərində işləyirlər.

Bir sıra digər telefon istehsalçıları da öz smartfonlarına özünü bərpa edən materiallar daxil ediblər.

Cənubi Koreyanın istehlakçı elektronikası nəhəngi LG 2013-cü ilə qədər smartfonlarında özünü təmir edən texnologiyanı təbliğ edib. 

Şirkət şaquli əyilmiş ekrana və arxa qapağında özünü bərpa edən örtüyə malik G Flex adlı smartfon buraxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et