Sıfır emissiyaya keçid qlobal iqtisadiyyata 10,3 trilyon dollar qazandıra bilər | Banco.az

Sıfır emissiyaya keçid qlobal iqtisadiyyata 10,3 trilyon dollar qazandıra bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hesablamalara görə, 2050-ci ilə qədər bütün dünyada xalis sıfır emissiyaya keçid 10,3 trilyon dollar dəyərində yeni sənaye sahələri yaradacaq.

Banco.az xəbər verir ki, Londonda yerləşən dayanıqlı inkişaf konsaltinq şirkəti “Arup” və iqtisadi konsaltinq firması “Oxford Economics”in hesabatına görə, dünya ölkələrini ildən-ilə daha çox narahat edən qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün yeni texnologiyalar və təcrübələr meydana çıxır.

Sözügedən şirkətlərin bir illik araşdırmalardan sonra hazırladığı hesabat yaşıl iqtisadiyyatın hökumətlərə, investorlara və ictimaiyyətə təqdim etdiyi imkanları izah etmək məqsədi daşıyır.

Gələcəkdə yaşıl iqtisadiyyatın daha da ön plana çıxacağı vurğulanan hesabata görə, yaşıl iqtisadiyyata keçiddə müəyyən ediləcək strateji iqtisadi siyasətlər mühüm əhəmiyyət kəsb edir.

Ən sərfəli kredit üçün müraciət et

“2050-ci ilə qədər xalis sıfır emissiyaya keçid qlobal iqtisadiyyata 10,3 trilyon dollar töhfə verəcək yeni sənayelər yaradacaq. Bu məbləğə elektromobil istehsalının, bərpa olunan enerjidən elektrik enerjisi istehsalının, təmiz enerji avadanlıqları istehsalının, bərpa olunan yanacaqların və yaşıl maliyyənin ümumi daxili məhsula (ÜDM) birbaşa töhfəsi daxildir”, deyə hesabatda qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et