SİF sahibkarlara müraciət edib | Banco.az

SİF sahibkarlara müraciət edib

Pandemiyanın sahibkarlıq fəaliyyətinə mənfi təsirlərinin aradan qaldırılmasına istiqamətlənən kompleks tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) dövlət zəmanəti olmayan mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını davam etdirir.

Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə onlara subsidiyalar verilir. Bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 mlrd. manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir. Maliyyələşdirmə mart ayından başlayaraq 12 ay ərzində həyata keçiriləcək.

Bu məqsədlə 100 mln. manat nəzərdə tutulub. Bunun 50 mln. manatı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına, 50 mln. manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu, zərər çəkən sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək. 

Sahibkarlığın İnkişafı Fondu bir daha sahibkarların nəzərinə çatdırır ki, faiz subsidiyası əldə etmək üçün kredit aldıqları təşkilata müraciət edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlıq subyektləri sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dəstək tədbirləri, o cümlədən dövlət zəmanətli kreditlərin verilməsi və faizlərin subsidiyalaşdırılması barədə ətraflı məlumatı Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsindən (www.edf.gov.az) əldə edə bilərlər.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et