Sezar və ona sadiq həkimin maraqlı hekayəsi | Banco.az

Sezar və ona sadiq həkimin maraqlı hekayəsi

Hakimiyyəti dövründə, Sezar əhatəsində sadiq tərəfdaşlar və həmfikir olduğu şəxsləri toplayırdı. Bütün bunlara baxmayaraq, güvəndiyi yeganə insan onu müalicə edən təbib idi. Təbib həmişə Sezar üçün yalnız özünə məxsus inqredientlərdən ibarət məlhəm və dərmanlar hazırlayardı. Onların dostluğu çox möhkəm idi, bundan əlavə Sezar xəstələndiyi zaman belə dərmanı yalnız təbibin əllərindən qəbul edirdi.

Bizim eramızdan əvvəl (b.e.ə.) 78-ci ilin qışında Sezar möhkəm xəstələnir və dostu təbibə onun üçün dərman hazırlamasını buyurur. Həmin axşam Sezara gizlincə bir məktub gəlir: “Qüdrətli Sezar yaxın dostun olan təbibdən qorx. O səni zəhərləmək istəyir!”. Tezliklə Sezarın hüzuruna, əlində onun üçün hazırladığı məlhəm ilə birgə təbib buyurur. Sezar məktubu ona tərəf uzadaraq, oxumasını əmr edir. Təbibin göndərilən məktubu oxuduğu vaxt ərzində, Sezar məlhəmi son damlasına qədər içir. Təbib qorxudan yerində donur: Mənim ağam, sən niyə görə məktubu oxuduqdan sonra belə mənim gətirdiyim məlhəmi içdin? Cavab olaraq müdrik Sezar söyləyir: “Mən dostuma şübhə etməkdənsə, ölməyə üstünlük verərəm”. Məlhəm Sezarı xəstəlikdən xilas edir. Müdrik hökmdar bu hadisədən 38 il sonra, bizim eradan əvvəl (b.e.ə.) 15 mart 44-ci il tarixində dünyasını dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et