Səyahət etməklə pul qazanmaq üçün hansı peşəyə sahib olmaq lazımdır? | Banco.az

Səyahət etməklə pul qazanmaq üçün hansı peşəyə sahib olmaq lazımdır?

Sevdiyin işdən zövq almaq və eyni zamanda dünyanı gəzmək artıq nağıl deyil, reallıqdır. Sənə nəyin həqiqi zövq verdiyini anlayıb bacarıqlarına və göstərdiyin xidmətlərə tələbatın, həmçinin xaricdə də olmasına nail olmalısan. Bunu necə edəcəyini düşün, biz isə tez-tez səyahət etməyi nəzərdə tutan maraqlı peşələrə diqqət yetirək.

1. "Event manager"

Müxtəlif tədbirlər təşkil etməyi, əmrlər verməyi, hər şeyi nəzarətdə saxlamağı və insanlara bayram sevinci bəxş etməyi sevirsənsə, "event-manager" peşəsi sənin üçün mükəmməl seçimdir. Sən: "Bəs burada səyahət hanı?",- deyə soruşa bilərsən. Yaxşı "event-manager" yalnız doğum günü şənliklərinin təşkili ilə kifayətlənmir, o, dünyanın hər yerində toy və səs-küylü məclislər təşkil edir! Əsas odur ki, işinin əsl peşəkarı olasan və geniş müştəri bazasına sahib olasan.

2. "Travel blogger"

Gələcəyin İnternetlə bağlı peşələrinin əlində olduğundan biz "travel blogger" peşəsindən yan keçə bilmədik. Bu, hobbinin sevimli işə çevrildiyi məqamdır. Lakin otellərin sənə pulsuz xidmət göstərməsi, aviaşirkətlərin sənə pulsuz biletlər təqdim etməsi, poçt qutunuza isə tez-tez blogger səfərlərinə dəvətnamələrin gəlməsi üçün yaxşıca çalışmağın və bloqunun digər bloqlardan daha üstün olmasına nail olmağın gərəkdir. Əks təqdirdə hobbin elə hobbi kimi qalacaq.

Furqonun arxasından görünən Yeni Zelandiyanın Nelson  gölləri

3. Tur təşkilatçısı

Bəs blogerləri (və yalnız onları deyil) turlara kim göndərir? Tur təşkilatçısı – turun marşrutunu cızan, onu öz üzərində sınayan, otel seçib sifariş edən, uyğun nəqliyyat axtaran və dünyanın bütün şəhərlərinin gəzməli və şəkil çəkdirməli yerlərini tanıyan şəxsdir. Bu iş bir növ əvvəlki iki peşənin birləşməsi deməkdir. Yəni o daha çox səy və məsuliyyət tələb edir.

Ən sərfəli kredit üçün müraciət et

4. İngilis dili müəllimi

İngilis dili bütün dünyada ən çox istifadə olan bir dildir və onu öyrətməyi bacaran insanlar artıq çoxdan adi və onlayn repetitorluğun hüdudlarından kənara çıxıb. Hazırda demək olar ki, dünyanın hər yerinə İngilis dili müəllimi kimi işləmək üçün gedə bilərsən. Əlbəttə bu, bir qədər daimilik nəzərdə tutur, amma buna baxmayaraq sən ildə bir neçə dəfə öz yaşayış yerini dəyişə və özün üçün yeni-yeni ölkələr kəşf edə bilərsən.

 

Macəra dolu iş: Coğrafiya müəllimi

5. Gəzinti gəmisinin əməkdaşı

Birincisi, bu, gözəldir. Müxtəlif əyləncələr və xoşbəxt turistlərlə dolu böyük bir gəmidə bir neçə həftə keçirməkdən yaxşı nə ola bilər? İkincisi, bu gəmilər bir gəzintidə bir neçə ölkəyə baş çəkir. Üçüncüsü, gəzinti gəmisində iş o qədər çoxdur ki, istənilən peşə sahibi gərəkli ola bilər. Aşpaz, aparıcı, menecer, barmen, hostes, fotoqraf, yoqa və ya qolf təlimçisi ... Siyahı sonsuzdur!

redbull.com

Ən sərfəli krediti almaq üçün müraciət et