Şəxsi vəsaitlərimizə necə qənaət edə bilərik? | Banco.az

Şəxsi vəsaitlərimizə necə qənaət edə bilərik?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Şəxsi vəsaitlərin idarə edilməsi hər kəs üçün, xüsusən də daha az gəlirə sahib olan insanlar üçün çətin ola bilər. Bəzən düşünürük ki, pul xərclədikcə çoxalır. Ancaq nəzarətsiz xərclər büdcəmizdə gözləmədiyimiz nəticələrə gətirib çıxara bilər.  

Banco.az xəbər verir ki, buna görə də, maliyyənizə nəzarət etmək üçün düzgün xərcləmə metodlarını öyrənməliyik. Aşağıda pulumuza qənaət etmək üçün bəzi faydalı metodları qeyd etmişik. Bu bəndlərdə qeyd edilənlərə diqqət edərək artıq xərclərinizin qarşısını ala bilərsiniz.

Gəlir və xərclərinizə nəzarət edin

Gəlirlərinizi və xərclərinizi hər ay (və ya həftəlik) izləmək sizə pulunuzu nəyə xərcləyəcəyinizi və bəzi xərcləri harada azalda biləcəyinizi görməyə imkan verir. Hər ay etdiyiniz və ehtiyacınız olmayan bir neçə ödənişi təxirə sala bilərsiniz. Kredit və ya kirayə, yemək, kommunal xərclər və s. kimi əsas xərcləri əhatə edən maliyyə planı yaratmalısınız.

Xərclərinizlə daha çox diqqət edin

Aylıq xərcləriniz gəlirlərinizdən az olmalıdır. Misal üçün gündəlik kofe, əyləncə üçün xərclədiyimiz vəsait az məbləğ ola bilər. Lakin 1 ay üçün hesablasaq, bu vəsaitin ay sonunda daha çox olduğunu görə bilərik. Buna görə, artıq xərclərinizi azaltmaq maliyyənizə böyük dəstək olacaq. Bu, gündəlik vərdişlərinizdən tamamilə əl çəkməlisiniz demək deyil, yəni gündəlik artıq xərcləri azaltmaq büdcə üçün daha məqsədəuyğundur.

İnvestisiyalarıza nəzarət edin

Əgər investisiyalarınız varsa, daha çox gəlir əldə etdiyinizdən əmin olmaq üçün onlara daim nəzarət etməlisiniz. Səhmlərə, digər maliyyə vasitələrinə sahib olmağınızdan və ya xarici valyutaya sərmayə yatırmağınızdan asılı olmayaraq bazardakı bütün dəyişikliklərdən xəbərdar olmalısınız.

Borclarınızı vaxtında ödəyin

Borclarınızı da vaxtı-vaxtında ödəmək sizin gəlirlərinizə kömək edəcək. Kredit kartı, kredit kimi borcları vaxtında ödəmək həm sizin kredit tarixçənizi yaxşılaşdıracaq, həm də kreditinizin üzərinə əlavə faiz hesablanmasının qarşısını alacaq.

Alış-verişdə daha çox ehtiyac olan məhsulları almağa önəm verin

Məsələn, marketdə bu anda ehtiyacınız olmayan, lakin sizə lazım olan bir məhsul görürsünüz. Həmin məhsulu gördüyünüz anda almayın, belə ki, 1 həftə sonra yenidən həmin məhsula ehtiyacınız varsa, demək ki, bu məhsul həqiqətən sizə lazımdır. Lakin 1 həftə sonra yenidən həmin məhsulu almaq istəmirsinizsə, bu, sizin büdcəniz üçün artıq xərcdir. Odur ki, hazırda ehtiyacınız olan məhsulları almağa daha çox önəm verin.

Ən sərfəli kredit üçün müraciət et

Ciddi şəkildə qənaət etməyə başlayın

Qənaət etməyə başlamaq üçün ən yaxşı vaxt elə indidir. Bunun üçün banklara əmanət yerləşdirə, həyatın yaşam sığortası kimi sahələrə yatırım edə bilərsiniz. Yatırım edəcəyiniz vəsait aylıq çox az olsa da, müddətin sonunda kifayət qədər çox olacaq. Bu, həm də sizin vəsaitlərinizi qorumaq imkanı yaradır.

Məqsədlərinizi təyin edin

Siz həmçinin qarşınıza hədəflər qoyaraq maliyyə nəzarətinizi gücləndirə bilərsiniz. Bu məqsədlər nəyəsə çatmağınıza və ya nail olmağınıza kömək etdiyi müddətcə böyük və ya kiçik ola bilər. Əgər gələn il üçün tətil planlaşdırırsınızsa, buna elə indidən pul yığmağa başlayın. Hər ay tətil üçün əlavə pul ayırsanız, gələn il bu tətil sizə daha ucuz başa gələcək. Bu, eyni zamanda sahib olmaq istədiyiniz bir avtomobil, yaxud ev də ola bilər.

Yeni gəlir mənbələri tapın

Əgər vaxtınız varsa, yeni gəlir mənbələri axtarmağa çalışın. Əlavə gəlir mənbələri həm vəsaitinizi artıracaq, həm də bununla boş vaxtınıza qənaət etmiş olacaqsınız.

Endirimlərdən yararlanmağa çalışın

Xüsusi kredit və ya bonus kartlarınız varsa, onlardan yararlanın. Belə ki, böyük müəssisələr, marketlər tez-tez endirimlər elan edirlər. Endirimləri daim izləməyə çalışın. Eyni məhsulu və ya xidməti daha ucuz almaq büdcə vəsaitlərinizə bilavasitə kömək edəcək. Bir çox insan endirimlərdən ya istifadə edə bilmir, ya da ümumiyyətlə xəbərdar olmur. Bunun üçün isə marketlərin, böyük mağazaların sosial media hesablarını izləyə bilərsiniz.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et