Səudiyyə Ərəbistanının turizm gəliri rekord səviyyəyə çatıb | Banco.az

Səudiyyə Ərəbistanının turizm gəliri rekord səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanının turizm gəliri ötən il rekord səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, 2023-cü ildə Səudiyyə Ərəbistanına gələn turistlər cəmi 135 milyard Səudiyyə riyalı (36 milyard ABŞ dolları) olmaqla rekord məbləğdə pul xərcləyiblər.

Bu barədə Səudiyyə Ərəbistanının Turizm Nazirliyi “X” sosial media platformasında məlumat yayıb.

Nazirlik sözügedən məbləğin turistlərin 94,5 milyard Səudiyyə Ərəbistanı riyalı xərclədiyi 2022-ci illə müqayisədə 42,8 faiz artım göstərdiyini bildirib.

Digər tərəfdən, turist kimi başqa ölkələrə gedən Səudiyyə vətəndaşlarının xərcləri 2022-ci ildəki 59,7 milyard Səudiyyə Ərəbistanı riyalından 2023-cü ildə 86,9 milyard Səudiyyə Ərəbistanı riyalına yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Nazirlik bildirib ki, 2023-cü ildə təxminən 48 milyard Səudiyyə Ərəbistanı riyalına çatan turizm balansının kəsiri 2022-ci ildə qeydə alınan 34,9 milyard Səudiyyə Ərəbistanı riyalı məbləğini keçib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et