Səudiyyə Ərəbistanının neft ixracı kəskin azalıb | Banco.az

Səudiyyə Ərəbistanının neft ixracı kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı qlobal xam neft bazarlarını dəstəkləmək üçün OPEC+ tərəfindən razılaşdırılmış şərtləri yerinə yetirmək məqsədilə bu ay neft ixracını kəskin şəkildə azaldıb.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ötən ay OPEC+ iclasında qəbul edilən gündəlik 2 milyon barel ixtisar qərarının bir hissəsi olaraq neft ixracını kəskin şəkildə azaldıb. Bu, krallığın ixracatında ardıcıl ikinci aylıq azalmadır.

Enerji analitik firması “Kpler Ltd”nin məlumatlarına görə, noyabrın ortalarına qədər olan dövrdə Səudiyyə Ərəbistanından ixrac olunan neftin həcmi ötən ayın eyni dövrü ilə müqayisədə gündəlik təxminən 430,000 barel və ya 6 faiz azalıb. Digər konsaltinq şirkəti “Vortexa” isə gündəlik təxminən 676.000 barel azalma olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et