Səudiyyə Ərəbistanı və Fransa 11 milyard dollarlıq neft-kimya zavodu inşa edəcəklər | Banco.az

Səudiyyə Ərəbistanı və Fransa 11 milyard dollarlıq neft-kimya zavodu inşa edəcəklər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı və “TotalEnergies” şirkəti 11 milyard dollarlıq neft-kimya zavodu inşa edəcək.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” və Fransanın enerji şirkəti “TotalEnergies” Səudiyyə Ərəbistanında təxminən 11 milyard dollarlıq sərmayə ilə neft-kimya zavodu inşa edəcəklərini elan ediblər.

Bu barədə hər iki şirkətin birgə bəyanatında deyilir.

Bəyanatda “Admiral” adını daşıyacaq obyektin Səudiyyə Ərəbistanının şərqindəki Cübeyl şəhərində fəaliyyətini davam etdirən “Saudi Aramco” və “TotalEnergies”in müştərək Neft-Kimya Şirkəti (SATORP) neft emalı zavoduna inteqrasiya ediləcəyi bildirilib.

Qeyd edilib ki, obyektin karbon lifi, sürtkü yağları, qazma mayeləri, yuyucu vasitələr, qida əlavələri, avtomobil hissələri və təkərləri daxil olmaqla müxtəlif sənaye sektorlarına əlavə 4 milyard dollar investisiya cəlb edəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et