Səudiyyə Ərəbistanı və Çin enerji sazişi imzalayıb | Banco.az

Səudiyyə Ərəbistanı və Çin enerji sazişi imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı Çinlə təmiz hidrogen enerjisi sahəsində imzalanmış anlaşma memorandumunu ratifikasiya etdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Kral Salman bin Əbdüləzizin sədrliyi ilə keçirilən kabinet iclasında bir sıra qərarlar qəbul edilib.

Bu çərçivədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında təmiz hidrogen enerjisi sahəsində əməkdaşlıq və iki ölkənin vergi idarələri arasında imzalanmış anlaşma memorandumu təsdiq edilib.

Səudiyyə Ərəbistanı kralı ölkəsi ilə Çin arasında kənd təsərrüfatı sahəsində anlaşma memorandumunun imzalanması ilə bağlı danışıqlar aparmaq üçün Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinə səlahiyyət verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et