Səudiyyə Ərəbistanı nüvə yanacağı istehsal edəcəyini açıqlayıb | Banco.az

Səudiyyə Ərəbistanı nüvə yanacağı istehsal edəcəyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı ixrac və daxili istifadə nüvə yanacağı istehsal edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz bin Salman ölkəsinin daxili bazarda istifadə və ixrac üçün nüvə yanacağı istehsal etməyə çalışdığını bildirib.

O, bu barədə paytaxt Ər-Riyadda mədənçiliklə bağlı keçirilən konfransdakı çıxışı zamanı məlumat verib.

Son kəşflər nəticəsində ölkədə müxtəlif uran portfellərinin aşkar edildiyini qeyd edən nazir ölkə daxilində Cəbəl Səid və Mədinə də daxil olmaqla müxtəlif uranla zəngin geoloji ərazilərin olduğuna diqqət çəkib.

Ölkəsinin yerli bazarda istifadə və xaricə ixrac üçün nüvə yanacağı istehsal etməyə çalışdığını deyən Əbdüləziz bin Salman bu istifadəyə sarı tort, az zənginləşdirilmiş uran və nüvə yanacağı istehsalının daxil olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et