Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa davam edəcək | Banco.az

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa davam edəcək

Müəllif - Fərid İslamov/Banco.az

Səudiyyə Ərəbistanı lazım olduğu müddətdə neft hasilatını azaltmağa söz verib.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı qlobal bazarı sabitləşdirmək və volatilliyi azaltmaq üçün könüllü olaraq neft hasilatını lazım olan müddətə azaltmağa davam edəcək. Bunu Krallığın energetika naziri, şahzadə Əbdüləziz bin Salman əl-Səud deyib.

Onun sözlərinə görə, hər ay hökumət neft hasilatının dərinləşdirilməsi və ya artırılması ilə bağlı qərar verəcək. Neft hasilatının azaldılması davam etsə də, bu, bir ay, iki, üç, dörd və ya beş ay davam edə bilər - nə qədər ki, krallıq bazarlarda sakitliyə zəmanət versin, sabitlik gətirsin.

Ən sərfəli kredit üçün müraciət et

Əl-Səud vurğulayıb ki, neft bazarında qeyri-sabitlik nə qədər az olarsa, Səudiyyə Ərəbistanı da bazara bir o qədər az müdaxilə edəcək.

Nazir cari ilin iyununda OPEC+ nazirlərinin görüşündən sonra krallığın gündəlik hasilatının əlavə könüllü olaraq 1 milyon barel azaldılmasını elan edib.

Bir gün əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak bəyan etmişdi ki, Rusiya Səudiyyə Ərəbistanına neft məhsullarının tədarükünü artırmağa hazırdır.

Bundan əvvəl neftin qiymətinin nə vaxt bir barel üçün 50 dollara düşəcəyi məlum olub.

Ən sərfəli krediti almaq üçün müraciət et