Sənədli film izləməyi xoşlayanlar üçün 5 yaxşı film | Banco.az

Sənədli film izləməyi xoşlayanlar üçün 5 yaxşı film

Sabah bazar günüdür, bu o deməkdir ki, film izləyərək bu günü daha məhsuldar keçirə bilərik. Buna görə də Banco.az kollektivi sizlər üçün 5 yaxşı sənədli film siyahısını tutmuşdur. Yaxşı seyirlər !

1) Banking on Bitcoin (2016)

IMDb xalı: 6.6

 

2016-cı ildə çəkilmiş rejissoru Christopher Cannucciari olan bu filmdə Bitcoin deyiləndə ağlımıza gələn bütün insanları əhatə edir. Baş rolda Sharlie Shrem və Erik Voorhees var. IMDb sistemində xalının az olması sizi şübhələndirməsin,  öz sahəsinə görə ən uğurlu sənədli filmlərdən biri olduğunu əminliklə deyə bilərəm. Filmi izləməklə Bitcoinin necə bir dünya markası halına gəlməsi haqqında az da olsa təsəvvür yarada bilərsiniz. 

2) The Secret Rules of Modern Living: Algorithms

IMDb xalı: 7.5

Riyaziyyat professoru olan Marcus Du Sautoy riyaziyyatı daha yaxşı başa düşmək üçün bir səyahətə çıxır. Məşhur professor alqoritmaların gizli dünyasını hamının anlayacağı dildə izah edir.

3) Mars (2016)

IMDb xalı: 7.5

Mars, Elon Musk ve National Geographic üçlüsü bu filmdə bir araya gəlir. Bu sənədli film sizi 2033-cü ilə götürərək Elon Muskın Marsı xəyal etdiyi vəziyyətə gətirir. National Geographic  əsəri olan bu filmdə hadisələr həm həqiqi həm də xəyali formada təsvir edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

4) Silicon Cowboys (2016)

IMDb xalı: 6.8

2016-cı il çəkimi olan bu filmdə kompüter və onun qurucularından bəhs edir.  1982-ci ildə İBM şirkətindən başlamış müasir dövrə qədər kompüter anlayışının necə bir təkamül mərhələsindən keçdiyini bəhs edir. 

5) Steve Jobs-The Lost Interview (1995)

IMDb: 8.1

1995-ci ildə gələcək necə görünürdü? Bu sualın cavabını Stiv Cobsdan eşidirik. Filmdə Stiv Cobs 1995-ci ildə Appledan ayrılıb NeXT adlı şirkəti idarə etdiyi zaman başına gələn hadisələri nəql edir. Çox kadrı itirilmiş olan bu müsahibə 2010-cu ildə tam halı ilə izləyicilərə təqdim edilir.  Stiv Cobsun Apple-a dönməsindən 6 ay öncə çəkilmiş bu müsahibə Stiv Cobsun fikirlərinin nə qədər möhtəşəm olduğunu da bizlərə göstərir. 

Müsahibəni izləmək üçün 

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et