Səhradan çıxan milyonçunun MARAQLI həyat hekayəsi | Banco.az

Səhradan çıxan milyonçunun MARAQLI həyat hekayəsi

Həyatda ən böyük qüvvə istəkdir. Bunu ifadənin ən yaxşı nümunələrindən biri olaraq Suriya əsilli fransız biznesmen Mohed Altredi göstərmək olar. 2015-ci ildə cənab Mohed İlin Fransız Sahibkarı tituluna layiq görülmüşdü. Həmin il o, 52 ölkənin iştirakçısı olduğu Ernst and Young tərəfindən təşkil olunan beynəlxalq tədbirdə İlin Dünya Sahibkarı mükafatına layiq görüldü. Bütün bunlar qeyri-adi səslənməsə də Mohed Altredin keçdiyi həyat yolu bir çoxlarına nümunə ola bilər. Çətin bir ailədə anadan olan Mohed anası öldükdən sonra nənəsi onu himayə edib və kiçik yaşlarından Mohed çobanlıq etməyə başlayıb. Lakin elmə olan marağı məktəbdəki müəllimin diqqətini çəkmiş və ona oxuması üçün şərait yaratmışdı. Lakin onun tez bir zamanda sinif yoldaşlarını arxada qoyması ona qarşı qısqanclığı ortaya çıxarıb və sinif yoldaşları onu dərsdən sonra səhraya apararaq quyuya atıb çıxıb gediblər. İllər sonra bu haqda danışan Mohed həmin anda “həyat instinktinin” onu həmin dəlikdən çıxardığını deyir. Bundan sonra Mohedin həyatı tamamilə dəyişir və onu yerli ailələrdən biri övladlığa götürür və onun oxuması üçün şərait yaranır. Daha sonra Fransanın Montpellier şəhərinə oxumağa yollanır və fransızca bilməməsinə baxmayaraq təhsilinə start verir. İşləyib çalışması hesabına qısa zamanda təhsilini PhD səviyyəsinə qədər artıra bilir və bir sıra tanınmış şirkətlərdə çalışır. Qazancına qənaət edərək öz ortağı ilə biznesinə start verir və qısa zamanda şirkətin xaricə inteqrasiyasını təmin edə bilir. Onun 170 şirkəti tərkibində birləşdirən Altred adlı şirkəti 30 il ərzində formalaşaraq aylıq 200 milyard dollar gəlir gətirir. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin maraqlıdır: Günə 1 dollar xərcləyərək milyarder oldu​

Hər zaman humanist bir insan kimi tanınan Mohed Altred öz biznesi haqda danışarkən “Əgər işçilərim xoşbəxtdilərsə, daha yaxşı həyat şəraiti üçün daha verimli olacaqlar və şirkətlərin əsas məqsədi bu olmalıdır.” deyə vurğulayır.

Banco.az-ın verdiyi məlumata görə dünyanın tanınan milyarderlərindən biri olan Mohed Altred iqtisadi mövzuda bir sıra kitabların müəllifi olmaqla yanaşı “Bədəvi” adlı əsərin müəllifidir. Hal-hazırda əsər Fransanın orta məktəblərində təhsil vəsaiti kimi istifadə olunmaqdadır.

Dünyanın qibtəylə baxdığı milyaderə xoşbəxt olub-olmadığı haqda sual verildikdə, “xoşbəxt demək olmaz, çünki anama heç vaxt qaytara bilməyəcək borcum var.” deyə cavab verib.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et