Səfərbərlik üzrə hərbi xidmətə çağrılan işçilərin əməkhaqqı necə hesablanmalıdır? | Banco.az

Səfərbərlik üzrə hərbi xidmətə çağrılan işçilərin əməkhaqqı necə hesablanmalıdır?

Ölkədə qismən hərbi səfərbərlik elan edildikdən sonra xidmətə çağırılan vətəndaşların çoxu məşğul şəxslərdir. Bəs onların əməkhaqqı neçə hesablanmalı, yaxud iş vaxtının uçotu neçə aparılmalıdır? Bu və digər sualları insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev cavablandırır.

Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, səfərbərliyə cəlb olunan işçilərin iş yeri, vəzifəsi və orta əməkhaqqı saxlanılır. Bu tələb “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda da qeyd olunub. Orta əməkhaqqı isə Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən müəyyən olunur.

Misal: Tutaq ki, işçi 1-31 oktyabr tarixlərində səfərbərliyə cəlb olunub. Bu zaman onun oktyabr ayından öncəki iki aydakı qazancı nəzərə alınır və həmin qazanca Nazirlər Kabinetinin 126 saylı qərarında qeyd olunan nəzərə alınmayan ödənişlər daxil edilmir. Orta əməkhaqqını müəyyən etmək üçün oktyabr ayından öncəki 2 ay - avqust və sentyabr aylarındakı qazanclar toplanır və həmin aylardakı iş günlərinin sayına bölünür. Tutaq ki, işçi avqustda 800, sentyabrda 700 manat əməkhaqqı alıb.

800+700 =1500 manat

22+2 = 43 gün

1500:43 = 34,88 manat

Alınan məbləği oktyabrdakı iş günlərinin sayına (22 gündür) vurmaq lazımdır:

34,88x22 = 767,44 manat.

İşçiyə orta əməkhaqqı deyil, vəzifə maaşı ödənildikdə isə bir əsas nüansa diqqət etmək lazımdır. Əgər müəyyən olunmuş orta əməkhaqqı məbləği işçinin əmək müqaviləsi üzrə vəzifə maaşından daha çox alınırsa və buna baxmayaraq işçiyə səfərbərliyə cəlb olunduğu müddətdə vəzifə maaşı ödənilərsə, işəgötürənə cərimə tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, bu cəriməinin məbləği 700-1500 manat arasındadır. Əvvəlki iki ayda ( avqust və sentyabr) işçinin qazancı müəyyən səbəblərdən az olubsa və buna görə orta əməkhaqqı az müəyyən olunubsa və həmin məbləğlə müqayisədə vəzifə maaşı daha çox alınırsa, vəzifə maaşının ödənildiyinə görə hər hansı problem olmayacaq. Cünki bu halda hərbi xidmətə çağırılmış işçinin əmək şəraiti şərtləri yaxşılaşdırılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Əmək Məcəlləsinin 102-ci maddəsinə əsasən, iş vaxtı uçotunun aparılması qaydası və forması işəgötürənlər tərəfindən müəyyən olunur. Əmək qanunvericiliyində səfərbərliyə cəlb olunmuş işçilərin iş vaxtının uçotu cədvəlində (tabel) mütləq qaydada bu ifadənin qeyd olunması ilə bağlı anlayış yoxdur. Hər bir şirkət daxili qaydada həmin cədvəldə səbərbərliyə cəlb olunan işçilərin qeydiyyatını müxtəlif adlar altında apara bilər.

Həmin işçilərin hərbi xidmətə cəlb edilməsinin rəsmiləşdirilməsi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilən çağırış vərəqləri əsasında aparılır. Bu vərəqlər işçilərin çalışdıqları şirkətlərə təqdim olunur və işçinin hərbi xidmətə getməsi barədə əmr verilməsi mütləq deyil. Əmək qanunvericiliyində bu proses üçün imperativ formada əmr verilməsi tələb olunmur. Sadəcə, çağırış arayışı əsasında, həmin işçilərin iş vaxtının uçotu cədvəlində (tabel) qeyd aparmaq kifayətdir.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et